"Azərbaycanda Avropa Oyunları bitdi. Burada Avropa Oyunları gedəndə, Avropada da Azərbaycan Oyunları gedirdi. Amma bu Oyunlar bir-birindən o qədər fərqləndi ki... İlk fərq o idi ki, biz bu Oyunu avropalılar üçün təşkil etmişdik. Avropada isə bizə qarşı təşkil olunmuşdu". SİA-nın məlumatına görə, bu barədə deputat Sahib Aliyev öz "facebook" hesabında yazı paylaşıb.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən Oyunlar baxanlarda ancaq müsbət əhval-ruhiyyə doğurmaq, Avropada aparılan qaranlıq Oyunlar isə ürək bulandırmaq üçün idi: "Azərbaycanda keçirilən Oyunlarda hər şey "bacarana can qurban" prinsipi ilə aparıldı. Avropadakı oyunlarda bacaranın, bacarıqlının gözdən salınması ön planda idi və bunun üçün də əllərindən nə prinsipsizlik gəlirsə, edildi. Azərbaycanda keçirilən oyunlarda avropalılara "biz birik, eyni bəşər övladıyıq" deyilirdi. Avropadakı oyunlarda isə aşağılayan və "aşağılanan" vardı. O "aşağılanan" ki, Avropa Oyunlarının gedişində də aşağılayandan qat-qat yuxarıda durduğunu təsdiqlədi. Çox uzağa getməyək, medal sayını götürək. Azərbaycanın bu oyunlarda qazandığı qızıl medalların sayı Avropanın orta çəkili ölkələri kimi dəyərləndirilən Belçika, Danimarka, Rumıniya, Portuqaliya, Polşa, Avstriya, Xorvatiya, Yunanıstan, İsveç, Çexiya, Norveç və Finlandiyanın birgə qazandıqlarından çox oldu. Söhbət qazanmaqdan gedir ha, qərbdəki bəzi dövlətlər kimi, kiminsə başından vurub əlindəkini almaqdan yox".
S.Aliyev bildirib ki, Azərbaycanda keçirilən Avropa Oyunlarında medal sayına görə birinci və sonuncu yerdə duranlar olsa da, uduzan yoxdur: "Bu idman bayramından hamı zövq aldı, yarışlara qatılanlardan kimsənin narazılıq etdiyini görmədik. Bəs Avropada Azərbaycana qarşı aparılan oyunda kim uddu? Bu baxımdan ən çox canfəşanlıq edən Merkel Almaniyasımı? Əgər nəzərə alsaq ki, son zamanlar Azərbaycanda, həm də təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə Almaniyaya yanaşma necə dəyişib təbii ki, yox! Almaniyanın ikinci dünya savaşından sonra müsbət imic formalaşdırmaq yönündəki yarım əsrlik çalşımalarını Merkel yerə vuraraq onu ötən əsrin 30-cu illərindəki dövrlərə qaytarmağa başlayıb. Ölkəsində bir çoxlarının dediyi kimi özü də xanım kansler bunu amerikalıların tapşırığı və istəyilə edir. Yəni Amerika istəyinə çatır. Ən azından yumşaq güc potensialı baxımından getdikcə uduzduğunu gördüyü və Avropada özünə ən böyük rəqib saydığı Almaniyanı xanım Mekellə yenidən hitlerləşdirməyi bacarır.
Bəli, Avropa oyunları bitdi. Azərbaycan bu oyunlardan üzü ağ, alını açıq çıxdı. Medalların sayına görə qitədə ikinci yerdə olduq. Ancaq hər kəs bilir ki, bu ikincilik deyil, ikinci birincilikdir! Əsas budur ki, biz bu oyunlarda oyun hədəfi deyil, oyunçu olduğumuzu, təmiz oynadığımızı, öz oynumuzu apardığımızı və hətta lazım gələndə başqalarını da oynatmağı bacardığımızı göstərdik. Ancaq oyun davam edir. Qoy Tanrı bizə yar olsun, haqlı zəfər çalsın, Haqq zəfər çalsın! Bir daha təbriklər Azərbaycan".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB