Əli Həsənov: "Müstəqil medianın təməlini Ümummilli Lider Heydər Əliyev qoyub"

Əli Həsənov: "Müstəqil medianın təməlini Ümummilli Lider Heydər Əliyev qoyub"

"Müstəqil Azərbaycan mediasının təməlini Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər mətbuatın üzərindən senzuranı götürdü və beləliklə müstəqil mətbuatın inkişafına zəmin yaratdı". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azərbaycan milli mətbuatı-140: Əkinçi ənənələri və müasir jurnalistika" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.

PA rəsmisi ölkə başçısı İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. Bugünkü tədbirin BDU-da keçirilməsinin təsadüfi saymayan Ə. Həsənov bildirib ki, universitet hər zaman mətbuat sahəsində öz töhfələri ilə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib".

Bütün xəbərlər Facebook səhifəmizdə