Mehriban Əliyeva: "Ölkəmizdən və xalqımızdan qürür duyduğumu bəyan edirəm"

Mehriban Əliyeva: "Ölkəmizdən və xalqımızdan qürür duyduğumu bəyan edirəm"

Azərbaycanın birinci xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropa Oyunlarının bağlanış mərasimindəki çıxışını oxucularımıza təqdim edirik:

"Hörmətli xanımlar və cənablar,

Siz Avropa Oyunlarının bağlanış mərasiminə xoş gəlmisiniz. İlk Avropa Oyunlarının bağlanış mərasimi başa çatır. Avropa Oyunlarının başa çatması münasibətilə sizi təbrik edirəm. Bütün 17 gün Azərbaycanda əlamətdar və yaddançıxmaz günlər oldu. Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsidən fərəhlənirik. Qürür hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirib. Yüksək standartlara uyğun idman tədbiri keçirib. Son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq. Mən oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə, Azərbaycan xalqına və Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bütün xalq öz atletləri ilə qürür duyur. Onlar bütövlükdə 56 medal, o cümlədən 21 qızıl medal qazanmış, ümumi medallar cədvəlində isə 2-ci yeri tutmuşlar. Azərbaycan atletlərinin uğuru gələcək nəsillər üçün bariz nümunədir. Mən bu oyunlarda iştirak etmiş bütün atletlərə təşəkkürümü bildirmək istəyirəm. İlk Avropa Oyunlarını belə bir yaddaqalan idman festivalına çevirdiyinizə görə, sizə minnətdaram. Möhtəşəm çıxışlarınızı həvəslə, cəsarətlə və incəliklə bizə bəxş etdiniz. Bu oyunlar bizim oyunlardır və nailiyyətləriniz həqiqətən bizi ilhamlandırır. Hamınızı təbrik edirəm. Mən mövqe və qətiyyət sahəsində Avropa Oyunları ideyasını reallığa çevirən Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikkiyə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Mən həmçinin, hazırlıq zamanı dəyərli tövsiyyələrinə görə, Avropa Oyunları Komissiyasının sədri Siprus Kampramosa təşəkkürümü bildirmək istəyirəm. Oyunların təşkilat komitəsinin üzvlərinə və bütün beynəlxalq tərəfdaşlarımıza nümayiş etdirdikləri sadiqliyə və fəaliyyətə görə minnətdaram. Avropadan öz komandalarına dəstək vermək məqsədilə gəlmiş çoxsaylı sədaqətli azarkeşlərə təşəkkür edirəm. Siz qələbələri qeyd etdiniz, siz məğlubiyyət zamanı təsəlli verdiniz. Siz oyunlar üçün dost mühitini yaratdınız. Mən gözəl könüllülərimizə minnətdarlığımı bildirmək istəyirəm. Siz olmadan biz bu tədbiri keçirə bilməzdik. Sizin həvəsiniz və peşəkarlığınız "Bakı 2015" ruhunu canlandırmaqda bizə yardımçı oldu. Ölkəmizin böyük gələcəyi olan bü cür istedadlı gənclər var. Xarici könüllülərimizə də çox sağ olun deyirəm. Siz bütün Avropadan Azərbaycana gəldiniz ki, bu tarixi tədbiri təşkil etməkdə bizə kömək edəsiniz və idman-dostluq festivalının bir hissəsi olasınız. Biz sizsiz darıxacağıq və ümid edirəm ki, yenidən gələcəksiniz. Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı. Biz köhnə dostlarımızı salamladıq və yenilərini qazandıq. Bu axşam biz hamımızla sağollaşırıq. Lakin sizi Azərbaycanda gələcək tədbirlərdə yenidən görməyə ümid edirik. Gələn il Bakıda 42-ci şahmat olimpidası, Formula 1, Avropa qran-pri yarışları keçiriləcək. 2017-ci ildə biz 4-cü İslam Həmtəylik Oyunlarını qəbul edəcəyik. Nəhayət 2020-ci ildə Futbol üzrə Avropa Çempionatının matçları şəhərimizdə təşkil olunacaq. Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan qürür duyduğumu bəyan edirəm. Son 17 gün hər zaman xatirimizdə qalacaq. O nəsillərə qalacaq tariximizin yaddaqalan məqamı olacaq. Atletlər sağolun, dostlar sağolun, Azərbaycan sağ olun".

Bütün xəbərlər Facebook səhifəmizdə