Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində Mərakeşin qurumda tərəfdaş kimi təmsil olunmaq haqqında müraciəti müzakirə olunub. SİA-nın məlumatına görə, müzakirələrdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri, Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçi və "Zorakılıqdan azad Qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova AŞPA tərəfdən rəyçi kimi çıxış edib.
Sahibə Qafarova rəhbərlik etdiyi Alt Komitənin adından qərarı səsləndirib. Müzakirələrdə qeyd olunub ki, AŞPA Mərakeş Parlamenti ilə əməkdaşlığını ümumi olaraq müsbət dəyərləndirir. Vurğulanıb ki, 1993-cü ildən ölüm cəzasına de-fakto moratoriumun qüvvədə olmasına rəğmən Mərakeşdəki məhkəmələr bu cəzanın verilməsini davam etdirirlər. Bu mənada AŞPA ölüm cəzasının ləğvini və ləğvinədək edamlara de yure moratorium qoyulmasına çağırır. Assambleya ölkə hakimiyyətini qanunveriçilik sahəsində islahatları gücləndirməyə, Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində növbəti parlament seçkilərinədək seçki qanunvericiliyini təkmilləşdirməyə, habelə qadınların hakimiyyət və cəmiyyətin bütün sahələrində müvafiq şəkildə təmsil olunmasını təşviq edir. AŞPA Mərakeşdə siyasi islahatların həyata keçirilməsini izləməyi və bu istiqamətdə Mərakeş Parlamentinə köməyini təklif etməyi davam etdirəcək.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB