Rauf Arifoğludan Əli Kərimliyə XƏBƏRDARLIQ

“Sonra demədi, demə”
Rauf Arifoğludan Əli Kərimliyə XƏBƏRDARLIQ

"Belələrinə və onların Palçıq Vedrəsinə əhəmiyyət verməmək də olardı. İnsanlarımız onsuz da müxalifət daxilindəki qarşılıqlı ittihamlardan və intriqalardan bezib, iyrənib". SİA xəbər verir ki, bu fikirləri "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu öz şəxsi "facebook" səhifəsində paylaşıb.

"Lakin bu çirkab dəstəsinin, palçıq vedrələrinin, siyasi tualetin "xozeyni" olan Əli Kərimliyə xəbərdarlığım var. Görürsən ki, əlimi sənə qatmıram. Ortada xətir – hörməti olan bir dostuma sözüm var. Bundan çox sui-istifadə edirsən. Sonra demədi, demə"- deyə, Rauf Arifoğlu sosial hesabında qeyd edib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə