Mütəllim Rəhimli: “Oyunlar yüksək səviyyədə başlayıb və davam edir" MÜNASİBƏT - SƏS TV

Mütəllim Rəhimli: “Oyunlar yüksək səviyyədə başlayıb və davam edir" MÜNASİBƏT - SƏS TV

"İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün təqdirəlayiq haldır. Azərbaycan müstəqillik əldə etdiyi dövrdən bu günə qədər belə bir təbliğat aparmamışdı". Bunu SİA-ya "Ədalət" Partiyasının Ali Məclisinin sədri Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə haqq səsini bir daha dünyaya çatdırmış olur: "Bütün dünya Azərbaycan həqiqətləri ilə yanaşı onun gücü və qüdrəti haqqında geniş məlumat almış olur. Bizim mənfur qonşumuz var. Ermənilər tarixən özlərini dünyaya yazıq millət, əzilən xalq kimi göstərərək dünya ictimaiyyətindən kömək istəyiblər. Bunun fonunda isə azərbaycanlıları vəhşi bir xalq kimi təqdim etməyə çalışıblar. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xalqımızın qədim tarixə, zəngin mədəniyyətə malik və sülhsevər xalq olduğunu bir daha üzə çıxardı. Bütün bunlar əlbəttə ki, erməniləri və onların havadarlarıni ciddi narahat edir. Belə məqamda anti-Azərbaycan qüvvələrinin əlinə sanki bir fürsət düşüb. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti öz uğurlu yolunu davam etdirir. İlk Avropa Oyunları yüksək səviyyədə başlayıb və həmin templə də davam edir".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə