Fəzail Ağamalı: “AŞ-da Azərbaycanın kifayət qədər dostları var" AÇIQLAMA
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında "Azərbaycanda demokratik təsisatların faəaliyyəti" adlı məsələnin müzakirəyə çıxarılması ölkəmizə qarşı təzyiqin növbəti göstəricisidir". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Millət vəkilinin sözlərinə görə, bundan öncə ən müxtəlif səviyyələrdə Azərbaycana qarşı iftiralar, böhtanlar, qarayaxmalar gedirdi və hal-hazırda da getməkdə davam edir: "Bu, müxtəlif dinləmələr formasında, həm mətbuat səhifələrində, həm də ayrı-ayrı şəxslərin bəyanatlarında, I Avropa Oyunlarını boykot etmək çağırışlarında özünü göstərib. Avropa Şurasında Azərbaycanın kifayət qədər dostları var. Lakin bununla bərabər AŞ-da, ayrı-ayrı ölkələrdə anti Azərbaycan qüvvələrin təsiri altında olan şəxslər də var. Düşünürəm ki, indiyədək həmin qüvvələr Avropa Şurası səviyyəsində də Azərbaycan qarşı bu universal təzyiq formasından bir daha istifadə etməyə çalışırlar. Məqsəd isə ölkəmizə təzyiq edib onu idarəolunan bir ölkəyə çevirməkdir".
F.Ağamalı əlavə edib ki, ölkə Prezidenti İlham Əliyev Azərbaycan xalqının iradəsinə söykənərək və Azərbaycanın milli, dövlət maraqlarını əsas götürərək dövlətimizi idarə edir: "Dövlət başçısının tutmuş olduğu xətt tamamilə Azərbaycan xalqının iradəsini özündə əks etdirir. Təbii ki, dünya bunu qəbul etmək istəmir. Ona görə də bizə müxtəlif istiqamətlərdə təzyiqlər var. Güman etmirəm ki, bu təzyiqlər I Avropa Oyunları başa çatandan sonra səngiyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB