Aydın Quliyev: “Hər kəs tarix qarşısında cavab verəcək" AÇIQLAMA

Aydın Quliyev: “Hər kəs tarix qarşısında cavab verəcək" AÇIQLAMA

"Bakı 2015" Avropa Oyunları Azərbaycanın həm taktiki, həm də strateji olaraq dövlət maraqlarına uyğundur". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Bakı-2015" I Avropa Oyunları ilə bağlı "Azadlıq" qəzetinin təxribatçı əməllərinə münasibət bildirərkən deyib.

Baş redaktorun sözlərinə görə, sözügedən oyunlar bizim bütün böyük problemlərimizin dünya miqyasında həllinə daha yaxşı şərait yaratmaqda böyük rol oynayıb: "Ona görə də bu gün kimlərinsə hansı I Avropa Oyunlarının əleyhinə çıxış etməsi dövlətin, xalqın və bizim prespektiv inkişafımızın əleyhinə getməsi deməkdir. Təbii ki, bunun üçün də hər kəs tarix qarşısında cavab verəcək. Bildiyiniz kimi, tarixin süzgəcindən sağ-salamat keçmək heç də hamıya nəsib olmur. Bu gün kim I Avropa Oyunlarına qarşı hansı münasibəti bəsləyirsə, tarixdə elə o adla da qalacaq. Pisi pis, yaxşısı yaxşı qalacaq. Əlbəttə, bu gün ilk Avropa Oyunlarına qarşı çıxış edənlərin sərgilədiyi mövqe Azərbaycana olan düşmən mövqedir".

Bütün xəbərlər Facebook səhifəmizdə