Rasim Musabəyov: “Ermənistandakı aksiyalar hökümətin bir oyunudur” AÇIQLAMA

Rasim Musabəyov: “Ermənistandakı aksiyalar hökümətin bir oyunudur” AÇIQLAMA

"Ermənistanda aksiyaların davamlı xarakter alacağını düşünürəm. Hər nə qədər aksiyaçılara qarşı güc tədbiq edilsə də onların qarşısını almaq çətin olacaq". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Millət vəkili qeyd edib ki, Ermənistanda ötən prezident seçkilərindən sonra orada yaşananlar sözün əsl mənasında dəhşət saçırdı: "Aksiya zamanı yaralananlarla yanaşı qətlə yetirilənlər belə olmuşdu. Yəni buradan belə çıxır ki, Serj Sarkisyan öz hakimiyyətini əldən verməmək üçün insan ölümlərinə belə göz yumar. Bu da onu göstərir ki, Serj hələki hakimiyyətdən getməyəcək".

Politioloq Ermənistandakı aksiyaları hökümətin bir oyunu olduğunu qeyd edərək bildirib ki, bu bir oyun idi: "Ermənistan bu hərəkətlərlə sadəcə olaraq Rusiyaya göstəriş edir. Çünki Rusiya xərclərin daha çox yüksəldilməsini tələb etmişdi. Bunlar isə göstərmək istəyir ki, baxın bu qiymət artımı ilə bağlı nə qədər etiraz səsləri yüksəlib. Ona görə də hesab edirəm ki, aksiyalar hələ bir müddət davam edəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə