Özündən razı Qərb ictimaiyyəti İlk Avropa Oyunlarının açılış mərasimi zamanı sözün həqiqi mənasında donub qalmışdılar. Belə ki, açılış mərasimi o qədər möhtəşəm və mükəmməl oldu ki, xaricdən ölkəmizə səfər edənlər təəssüratlarını bir neçə cümlə ilə ifadə etməkdə çətinlik çəkirdilər. Mehriban xanım Əliyevanın rəhbəri olduğu Avropa Oyunları Təşkilat Komitəsi cənab Prezidentin yaxından dəstəyi ilə, Avropa uzun zamandır görmək istəmədiyi mənzərəni görmək məcburiyyətində qaldı.
Daha bir neçə gün öncə bir sıra ölkələr qarayaxma kompaniyası keçirməyə qərar vermişkən, Azərbaycanın bu mötəbər tədbirə məsuliyyətlə yanaşması qarayaxma kompaniyası aparanları sözün əsl mənasında məyus etmişdi. Azərbaycanı sevməyən və ölkəmizə qarşı xoş niyyətdə olmayanlar belə açılış mərasimi haqqında xoş sözlər deməyə məcbur oldular. Xarici ekspertlər I Avropa Oyunlarının açılış mərasimini London və Soçi Olimpiyadaları ilə müqayisə edərkən, açıq şəkildə "Bakı 2015"–in daha mükəmməl olduğunu etiraf etdilər. Beləliklə də həmişəki kimi Azərbaycan xalqı tarix yazmağı bacardı. İdman leksikonuna yeni bir anlayış daxil edildi - "Azərbaycan standartı".
Bu tədbirin uğurudur ki, bütün dünya Azərbaycanı yaxından tanımağa və onunla maraqlanmağa başladı. Hamı gördü ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, bir çox ölkənin cəsarət edə bilmədiyi məsuliyyəti öz boynuna götürdü və öhdəsindən layiqincə gəldi. Azərbaycan dünya idman tarixinə ilk Avropa Oyunlarının vətəni kimi daxil edildi. Digər tərəfdən, əldə olunan təcrübə hələ uzun müddət ölkəmizə fayda gətirməkdə davam edəcək. Belə ki, gələcəkdə ölkəmizdə keçiriləcək Dünya Şahmat Çempionatı, daha sonra İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdacaq. Yarışlarda azərbaycanlı idmançıların uğurlu çıxışları isə cənab Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan irəli gəlir. Ölkənin əksər şəhərlərində, rayonlarında yaradılan yüksək səviyyəli şərait nəticəsində yeni nəslin idmana olan həvəsi daha da çoxalıb. Məhz bunun nəticəsidir ki, idmançılarımız oyunların demək olar ki, əksəriyyətində qızıl medal qazanıb. Avropa Oyunlarının ölkəmiz üçün turizm əhəmiyyəti də böyükdür. Bu oyunlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına səbəb olacaq. Bütövlükdə, bu Oyunların müstəqil Azərbaycan üçün çox böyük tarixi əhəmiyyəti var.
Lakin, güclü Azərbaycanın olması bir sıra dairələrin heç də ürəyincə deyil. Avropadan və ABŞ-dan idarə olunan bir sıra maraqlı dairələrin total hücumuna və mənəvi terroruna məruz qalırıq. Nə Soçi Olimpiadasında, nə də Pekin Olimpiadasında belə məkrli və çirkin kampaniyalar yox idi. Ölkəmiz əleyhinə aparılan kampaniyanın əsas hədəfində kütləvi hücum və əsassız ittihamlar, aşağılamaq cəhdləri daşınır. Təkcə bu ilin aprel ayında Azərbaycanla bağlı əsasən Avropa və ABŞ-da 1279 tənqidi məqalə çap edildiyinin şahidi olduq. Yazıların böyük əksəriyyətinin sifarişli olduğunu qərəzli məzmunundan açıq-aşkar görmək olar. Bu qərəzlilik və kampaniyaçılıq deyilsə, bəs nədir? Avropanın aparıcı KİV-ləri, bəzi siyasətçilər bu məsələyə doğrudan da siyasi maraqlar baxımından yanaşdılar, qısqanclıqlarını açıq şəkildə nümayiş etdirdilər.
Bu qısqanclığın səbəbi idman oyunları ilə bağlı deyil. Təməlini Ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, iri neft sazişləri, qonşularla dostluq əlaqələri məhz bu qısqanclıq və məkrli oyunlara səbəbiyyət verir. Avropanın və Amerikanın bu canfəşanlığını biz cənab İlham Əliyevin yekdilliklə yenidən prezident seçilməsində də gördük. Onların ölkənin sifarişli müxalifətini dəstəkləməsi də məhz xarici havadarların ölkədəki sabitliyi pozma cəhdlərini açıq-aydın nümayiş etdirir. Oturduqları yerdən yersiz açıqlamaları ilə gündəm yaratmaq istəyən Qərb nədənsə Qarabağla bağlı qəbul edilən, lakin indiyə qədər icra edilməyən qətnamələrlə bağlı səssiz qalırlar. Nə üçün? Məncə hər birimiz niyəsini çox gözəl anlayırıq.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, milli maraqlarımızın daima qorunması, Dağlıq Qarabağ münaqişəsində güzəştə gedilməməsi, hər hansı bir bloka və kiminsə çətiri altına girməməyimiz və əlbəttə iqtisadi baxımdan heç kimdən asılı olmamığımız bütün bu anti-Azərbaycan kampaniyasını şərtləndirən əsas amillərdir. Lakin Avropanın və ABŞ-ın unutduğu bir şey var. Bu ölkə, bu dövlət, bu xalq əsrlərdən bəri bir çox zülmə, ədalətsizliyə dözmüş və bu gün ayaqlarının üzərində möhkəm durmağı bacarmışdır. Onların bu dırnaqarası canfəşanlığı bizi sarsmaq əvəzinə daha da möhkəmləndirir, gücləndirir. Nə qədər ki, cənab prezident xalqın, xalq da cənab prezidentin yanındadır, onların bütün planları məhv olmağa düçar olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB