Misirdən İsrailə jest!

Misir prezidenti Abdulfəttah əl Sisi 3 il fasilədən sonra İsrailə səfir təyin edib. SİA xəbər verir ki, bu, Misir xarici işlər Nazirliyinin yazılı şərhində öz əksini tapır. Bu münasibətlə İsrailin Baş naziri Binyamin Netanyahu Misiri təbrik edib. Baş nazir qeyd edib ki, bu qərar iki ölkə arasında əlaqələri gücləndirəcək, yeni mərhələyə daşıyacaq.

Qeyd edək ki, Misir 2013-cü ildə İsrailin Qəzzaya hücumuna cavab olaraq İsraildəki səfiri Atif Salamdanı geri çağırmışdı.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə