Ermənistanda etirazçılar prezident iqamətgahının ətrafında toplaşdı

Ermənistanda etirazçılar prezident iqamətgahının ətrafında toplaşdı

Ermənistanın paytaxtı İrəvanda minlərlə etirazçı prezident iqamətgahının ətrafında toplaşıb. SİA-nın xəbərinə görə, polis kütləni dağıtmağa cəhd edib. Amma hələlik bu, mümkün olmayıb. Aksiyaçılar artan mənzil xidmətləri və elektrik qiymətlərinin aşağı salınmasını tələb etsələr də, hökumət qüvvələri onları dinləmir, təzyiq göstərməyə çalışırlar. Hazırda kütlənin toplaşdığı bölgəyə yüzlərlə polis, təzyiqli su vasitələri və təhlükəsizlik vəsaitləri sövq edilib. Daha sonra nümayişçilər Bagramyan Prospektində yerləşən Konstitusiya Məhkəməsinin və xarici səfirliklərin qarşısında aksiya keçirməyi planlaşdırıblar.

Qeyd edək ki, İrəvanda etiraz nümayişləri ilk olaraq 19 İyunda Azadlıq Meydanında reallaşmışdı. Ermənistan ictimai xidmətləri elektrik qiymətlərinin 1 Avqustdan etibarən 1 kilowatt saat üçün 41 dramdan 58 drama, gecələri də 31,8 dramdan 48 drama çıxarılmasını qərarlaşdırıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə