"İlk Avropa Oyunları dövlətimiz və xalqımız üçün önəmli bir hadisə olmaqla yanaşı həm də bir növ sınaq rolunu oynadı. I Avropa Oyunlarının Əməliyyat Komitəsinin peşəkarlığı ilə oyunlar çox yüksək səviyyədə təşkil olunub". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Politoloq qeyd edib ki, Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlarla Azərbaycan dünya arenasında öz sözünü deyib: "Cənab Prezident ölkəmizdə sosial-iqtisadi layihələrin reallaşdırılması ilə yanaşı həmçinin sabit və dayanıqlı hüquqi-siyasi sistemin və güclü iqtisadi potensialın yaradılmasını, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya birliyinə inteqrasiyanı təmin edib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyada, Avropada ilklərə imza atmağa qadir bir ölkədir. Bir gənc olaraq deyə bilərəm ki, gələcək illərdə ölkəmiz böyük layihələr həyata keçirməklə, daha irimiqyaslı tədbirlərə ev sahibliyi edəcək. Bunu təkcə biz demirik, bunu həm də ölkəmizə gələn xarici qonaqlar, idman ictimaiyyəti deyir".
Ramiz Alıyev eyni zamanda onu da qeyd edib ki, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsini heç cür həzm edə bilməyən qüvvələr bir sıra bəyanatlarla çıxış edirlər: "Azərbaycan dövləti belə qüvvələrin qarşısını almağa, onlara öz əməlləri ilə cavab verməyə hər zaman hazır olub. İnanırıq ki, Azərbaycana qarşı əsassız hücumların qarşısı alınacaq, qarayaxma kampaniyası aparanlar niyyətlərinə çata bilməyəcəklər. Çünki ölkəmizə qarşı irəli sürülən insan haqları ilə bağlı ittihamların heç bir səbəbi yoxdur. Bu gün Azərbaycan həqiqətini, Azərbaycan insanını bizimlə yanaşı bütün Avropa, bütün dünya gördü".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB