Elman Məmmədov: “Rüstəm İbrahimbəyov ancaq erməni xalqına xidmət edib” MÜNASİBƏT

Elman Məmmədov: “Rüstəm İbrahimbəyov ancaq erməni xalqına xidmət edib” MÜNASİBƏT

"Rüstəm İbrahimbəyov vaxtaşırı ermənilərin mövqeyini dəstəkləyəcək fikirlər söyləyir. Bu artıq birinci dəfə deyil". Sözügedən fikirləri SİA-ya millət vəkili Elman Məmmədov Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun "The New Times"a müsahibəsində "Biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq" ifadəsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin fikrincə, əsas məsələ ondadır ki, bütün müharibələrin sonu olur: "Bu, cəmiyyətin bir qanunudur. Sadəcə olaraq işğalçı ermənilərlə bizim münasibətlərimiz tamam fərqlidir. Onlar Azərbaycanla təkcə müharibə aparmır, onlar əsrlərdən bəri türk xalqlarına qarşı qəddar düşmənçilik mövqeyində durublar. Bir növ bunların ideologiyası, siyasəti, həyat yolları sanki türkə nifrətdən ibarətdir. Ermənilər uşaqlarına bələkdən öyrədirlər ki, bizim düşmənimiz türkdür. Biz də öz növbəmizdə düşmənimizə elə düşmən gözündə baxmalıyıq. Onlara heç bir halda güzəştə getmək lazım deyil. Hesab edirəm ki, İbrahimbəyov və onun kimiləri hər nə qədər ermənipərəst mövqedən çıxış etsələr də, onların mövqeyi tənqid edilməlidir. Onun bütün həyatı, fəaliyyəti erməni xalqına xidmət etməkdən ibarət olub. Hazırda da o, ermənilərlə sıx əməkdaşlıq edən biridir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə