Rövşən Rzayev: “Separatçı qüvvələr Azərbaycan ərazisindən çıxmalıdır” AÇIQLAMA
"ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak Forun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatı var və biz də onunla dəfələrlə görüşmüşük. Ermənistanın separatçı qüvvələri Dağlıq Qarabağda Azərbaycan ərazisindən çıxarılmalıdır. Beləcə işğal altında olan torpaqlar Azərbaycana qaytarılmalı, eləcə də yeddi rayondan olan qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır. Bu ölkəmizin haqlı tərəfidir". Bunu SİA-ya Milli Məclisin deputatı, Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü Rövşən Rzayev İrəvanda işə başlayan NATO Parlament Assambleyasının 89-cu "Rose-Roth" seminarında ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak Forun Ermənistana yönəlik fikirlərinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Kak Forun fikirləri Ermənistanın maraqlarının dəstəklənməsinə və müxtəlif formada öz mövqelərinin səsləndirilməsinə yönəlib: "Təbii ki, bütün bunlar da ikili standartlardan irəli gəlir. Bu günə kimi beynəlxalq qurumların ədalətli qərarları olduğu halda onların heç biri həyata keçmir. Məsələn, BMT-nin Azərbaycanla bağlı 4 qətnaməsi indiyə kimi icra olunmayıb. Həmin qətnamə ilə Azərbaycanın ərazi bütövlüyü işğal altından təmizlənməli və separatçı qüvvələr ölkəmizin ərazisindən çıxmalıdır. Jak For və digərləri bunları etmək əvəzinə müxtəlif formalarda fikirlər söyləyirlər. Təbii ki, bu absurd bir düşüncədir və hansısa bir düşdüyü formadan çıxış yolu axtarmaqdır. Əslində isə burada hər şey (işğalçı və işğala məruz qalan dövlət kimdir və s.) bəllidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB