“Bakı-2015”ə həsr edilən 1100 saat

“Bakı-2015”ə həsr edilən 1100 saat

"Yayım şirkəti kimi, məqsədimiz Avropa Oyunlarında 1000 saatdan çox yayım təşkil etmək idi. Sevinirəm ki, istəyimizə nail olduq". SİA-nın məlumatına görə, bu sözləri Beynəlxalq İdman Yayımı ("International Sports Broadcasting" (ISB)) şirkətinin prezidenti və icraçı direktoru Manolo Romero söyləyib.

Onun sözlərinə kimi, bu saata kimi 600 saatlıq yayım olub: "Düşünürəm ki, nəticə 1100 saat olacaq. Dünya üzrə şirkətlərə 800 saatdan çox yayım göndərmişik. Әsas hədəfimiz Avropadır. İştirakçı 50 ölkədən 45-i bu Oyunları işıqlandırır. 100 ölkə oyunları izləyə bilir. 30 ölkədə gündəlik olaraq oyunlara 2 saat vaxt ayrılır. Yayımçılar məkanların, təsvirlərin keyfiyyətindən və oyunlardan olduqca razıdır. Ərəb ölkələrində İlk Avropa Oyunlarının açılış mərasimini 100 milyondan çox insan izləyib. Onu da xüsusilə diqqətinizə çatdırım ki, Oyunları yayımlamayan ölkələrin sayı çox azdır. Belə ki, Malta, İslandiya, Bosniya vә Hersoqovina, Montoneqro vә Makedoniya oyunları yayımlamayıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə