İlk yığıncaq keçirilir YENİLƏNİR

İlk yığıncaq keçirilir YENİLƏNİR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyəti və Rayon Şurası üzvlərinin ilk yığıncağı öz işinə başlayıb.

Yığıncaqda altı məsələ üzrə müzakirələr aparılacaq.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, məhz Səbail rayon təşkilatının 10-cu Konfransı əlamətdar günlər ərəfəsində keçirildi: "Bu günlər Milli Qurtuluş və I Avropa Oyunlarının keçirildiyi vaxtlara təsadüf edib. Avropa Oyunları həm Azərbaycan, həm də Avropa üçün önəmli və tarixi hadisədir. Bütün dünya hazırda Azərbacanın mədəniyyətinin, inkişafının və tərəqqisinin şahidinə çevrilib".

Daha sonra yığıncağın gündəliyində duran məsələlər müzakirəyə çıxarılıb. Yığıncaq öz işini davam etdirir.

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə