"Dünənki yarışlarda açılış günündәn indiyə kimi әn çox tamaşaçı iştirak edib". SİA-nın məlumatına görə, bu sözləri "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq söyləyib.
Kleq bildirib ki, ötən gün 13 idman növü üzrə oyunlar baş tutub: "17 iyun tarixində 32 min tamaşaçı 19 idman oyununu izlәyib. Açılış mәrasimindәn sonra Bakı Olimpiya Stadionunun ot örtüyünün dәyişdirilmәsi uğurla yekunlaşıb. Hәftә sonu yeni idman oyunlarının keçirilmәsi üçün örtük hazırlanır. Mingәçevirdәki fәaliyyәtimiz azalır. 75 idmançı Mingəçevirdədir. Bu gün Oyunların altıncı günüdür. 71 medal qazanılıb. Bu gün isə 16 dәst medal oynanılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB