Fəzail Ağamalı: “Azərbaycanda etnoslarla bağlı problem yoxdur” AÇIQLAMA

Fəzail Ağamalı: “Azərbaycanda etnoslarla bağlı problem yoxdur” AÇIQLAMA

"Azərbaycanda kürdlərlə türklərin bir məkanda yaşaması hər zaman yüksək şəkildə özünü ifadə edib". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda türk, kürd və digər etnoslarla bağlı problem yoxdur. Ancaq xarici qüvvələrin böyük təsiri, avantürası ilə kürd-türk qarşıdurması yaradılıb və hər iki tərəf böyük itkilər verilib: "Öcalanın həbsindən, Türkiyənin indiki hakimiyyətinin yürütdüyü fərqli siyasətdən sonra bu terrorun qarşısı müəyyən dərəcədə alınıb. Təbii ki, kürdlər öz məqsədlərini həyata keçirməyə çalışacaqlar və onların erməni separatçılarını müdafiə etməsi, əlbəttə, ondan xəbər verir ki, onlar da Türkiyənin ərazisində başqa ərazilər daxil olmaqla kürd dövlətinin yaradılmasının davamçılarıdır, daşıyıcısıdırlar. Bu baxımdan onlar ermənilərin hüquqlarını, erməni separatizmini müdafiə edirlər və Ermənistanla Türkiyənin sərhədlərinin açılmasına təşəbbüs göstərirlər. Lakin onların Türkiyənin bundan sonra ictimai həyatına müəyyən təzyiq göstərməyə imkanları olacaqdır. Onu müəyyənləşdirən əlbəttə ki, Türkiyə dövlətidir. Başqa siyasi qüvvələr də indiki hakimiyyətin siyasətini istəməsələr qeyd etmək zorundadırlar. Çünki Türkiyə cəmiyyəti bir mənalı olaraq ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməsinin və sərhədlərin açılmamasının tərəfində dururlar. Biz bunun 2008-2009-cu illərin hadisələrində şahidi olduq".

Milyana Həşimova

Bütün xəbərlər Facebook səhifəmizdə