Nazir ermənilərin Bakıya gəlməsindən danışdı AÇIQLAMA

“Bundan sonra da Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərdə Ermənistanın iştirakı gözlənilir”
Nazir ermənilərin Bakıya gəlməsindən danışdı AÇIQLAMA

"Birinci dəfə deyil ki, Ermənistan idmançıları Azərbaycana gəlir. Bundan öncə güləş və boks yarışlarında ermənilər iştirak etmişdi". SİA xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov yerli və xarici jurnalistlərin I Avropa Oyunları ilə bağlı suallarını cavablandırarkən deyib.

Nazir vurğulayıb ki, Azərbaycan hər şeydən əvvəl ölkəsində beynəlxalq tədbirlərin keçirilməsində maraqlıdır və bunun da öhdəsindən layiqincə gəlməyi bacarır: "İdman tədbirlərində iştirakla bağlı Ermənistanla müvafiq format işlənib hazırlanıb. Formata əsasən biz idmançıların təhlükəsizliyinin təminatı baxımından öhdəlik üzərimizə götürmüşük".

Nazir müxətlif yarışlar ərəfəsi hər bir ölkəyə məktub yollandığını da xatırladıb: "Azərbaycan höküməti olaraq, onlara idman tədbirlərində iştirakla bağlı məktub yollayırıq. Bu müstəvidə indiyə qədər düşmən ölkə ilə heç bir problem yaşanmayıb. Bundan sonra da Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərdə Ermənistanın iştirakı gözlənilir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə