"Amnesty International" təşkilatının yaydığı bəyanat tamamilə əsassızdır". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.
Məsələ ilə şəxsən məşğul olduğunu deyən Ə. Həsənov söyləyib ki, aparılan araşdırmalara görə bu təşkilat adından heç kimin viza almaq üçün müraciət etdiyi qeydə alınmayıb: "Bununla bağlı araşdırma apardım, müvafiq qurumlarla əlaqə saxladım və öyrəndim ki, "Amnesty International" adından Azərbaycana səfərə gəlmək istəyən insanın adı qeydiyyatdan keçməyib, nə BEGOC-da, nə də viza almaq üçün müvafiq qurumda "Amnesty International"dan heç kimin adı yoxdur. Sonra bəlli oldu ki, "Amnesty International" təşkilatını təmsil edən ayrı-ayrı şəxslər dolayı yolla, yəni qeyri-qanuni yolla, müxtəlif qəzetlərin adından istifadə edərək Azərbaycana keçmək istəyiblər. Burada sadəcə dolayı yolla Azərbaycana gəlmək cəhdinin qarşısı alınıb. Bu baxımdan da onların bəyanatlarını əsassız hesab edirik".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB