Elməddin Behbud: “Qarayaxma kampaniyasına etiraz edirik” AÇIQLAMA

Elməddin Behbud: “Qarayaxma kampaniyasına etiraz edirik” AÇIQLAMA

"Müstəqilliyinin üçüncü on illiyi belə tamam olmamış Azərbaycanın qitənin idman oyunlarının standartlarını müəyyənləşdirəcək ilk Avropa Oyunlarına ev sahibliyi etməyi bizim bütün sahələr üzrə inkişafımızın göstəricisidir. Biz idmanı həmrəyliyin, sülhün, mədəniyyətin, inkişafın nümunəsi kimi qəbul edirik. Ancaq çox təəssüflər olsun ki, bir çox sahələrdə olduğu kimi Azərbaycan bu sahədə də ikili standartlarla üz-üzədir". Bunu SİA-ya "Demokratik Azərbaycan Naminə" İctimai Birliyinin sədri Elməddin Behbud Avropa Parlamentində Azərbaycanla bağlı keçirilmiş dinləmələrə münasibət bildirərkən deyib.

Birlik sədrinin sözlərinə görə, Azərbaycanın qısa müddət ərzində birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşa bilməyəcəyini güman edənlər ölkəmizə qarşı qarayaxma kampaniyasına start verdilər: "Bunların sırasında çox təəssüflər olsun ki, ABŞ və Avropanın bir çox ictimai institutları öncüllük təşkil edir. Təəssüflər olsun ki, enerji, təhlükəsizlik sahəsində Azərbaycanla daim yaxından əməkdaşlıq edən Birləşmiş Krallığın bir çox institutları da bu sırada yer alırlar. Azərbaycanın iqtisadi potensialından bəhrələnərək öz gəlirlərini artıran həmin şirkətlərin maliyyələşdiriyi bir çox QHT-lər də ölkəmizin əleyhinə fəaliyyətdə aktiv yer alırlar. Biz bu qarayaxma kampaniyasına etiraz edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə