Prezident Administrasiyası və GİN birgə mətbuat konfransı keçirəcək

Prezident Administrasiyası və GİN birgə mətbuat konfransı keçirəcək

Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin birgə mətbuat konfransı keçiriləcək. Prezident Administrasiyasından SİA-ya verilən xəbərə görə, tədbir iyun ayının 11-də saat 16:00-da "Four Seasons" hotelinin "Segah" zalında olacaq.

Mətbuat konfransında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandıracaqlar.

Mətbuat konfransı l Avropa Oyunlarını işıqlandıran yerli və Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə