"Yurdçular indi də Arif Məmmədova girişiblər. Səfirimiz-zad deyə əttökən müraciətlər edirlər ona". SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri "facebook"dakı səhifəsində "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini Azər Ayxan AXCP sədri Əli Kərimlinin və onun təlimatı ilə fəaliyyət göstərən "yurd"çuların keçmiş səfir Arif Məmmədovu dəstəkləyən statuslar qeyd etmələrinə münasibət bildirərkən deyib.
Azər Ayxan qeyd edib ki, Azərbaycan dövlətçiliyinə qarşı çıxış edən Əli Kərimli və dəstəsi xəyanət etdiklərinə görə vəzifələrindən uzaqlaşdırılan insanlara hər zamankı kimi "dəstək" verməyə başlayırlar: "Dərhal "podxod" başlayır. İbrahimbəyov hekayəsi də belə başlamışdı yadınızdadırsa".
Baş yazar müavini ironik şəkildə bildirib ki, Əli Kərimli və ətrafı qarşıdan gələn parlament seçkilərində bu dəfə Arif Məmmədov şousu ilə çıxış edəcək: "Bu seçkini də Məmmədov şousu ilə yola verərlər. Hazır şüar da var: "Ya Məmmədov, ya Məmmedov!"
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB