Deputat: “Rəsmi Afina səfirin hərəkətini ciddi araşdırmalıdır” MÜNASİBƏT

Deputat: “Rəsmi Afina səfirin hərəkətini ciddi araşdırmalıdır” MÜNASİBƏT

"Burada açıq siyasi dezinformasiya xətti aydın görünür. Diplomat hər məsələyə obyektiv yanaşmalı, informasiyanı düzgün verməlidir. Düşünürəm ki, Azərbaycanda olan hadisələr barəsində öz ölkəsinə səhv məlumat vermən diplomat barəsində onun öz ölkəsi, Yunanıstanın Xarici İşlər Nazirliyi çox ciddi tədbirlər görəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Yunanıstanın Azərbaycandakı səfirinin dezinformasiya xarakterli məlumat verməsinə münasibət bildirərkən deyib.

Məlumat üçün bildirək ki, Yunanistanın ölkəmizdəki səfiri ilk Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət nümayəndəsinin iştirak etməyəcəyi barədə məlumat yayıb.

Aydın Mirzəzadənin sözlərinə görə, diplomat öz hisslərini yerinə yetirdiyi vəzifənin naminə kənara qoymalı və ancaq obyektiv və düzgün işləməklə üstünlük verməlidir: "Görünür, hələ də Avropanın müəyyən idarələrində Azərbaycana qarşı qısqanclıq və onu həmişə qara rəngdə görmək istəyi hələ da mövcüddur. Çox təəssüf ki, burda fəaliyyətdə olan səfirlər də qoşulublar."

Aydın Mirzəzadə bildirib ki, Azərbaycan olmasaydı Birinci Avropa Oyunları ya 2019-ci ildə və yaxud da ki, 2023-ci ildə keçiriləcəkdi: "Azərbaycan bu gün Beynəlxalq Olimpiya Komitəsinin şərtlərinə uyğun çox gözəl bir idman festivalı ortaya qoya bildi. Dünyanın bütün idman Federasiyaları, ayrı-ayrı ölkələrin nümayəndələri Azərbaycanda keciriləcək birinci Avropa Oyunları ilə bağlı yüksək fikirlər söyləyirlər və digər ölkələr ücün sözün əsl mənasında yaxşı bir nümünədir. Bir neçə gündən sonra acılacaq Avropa Oyunlarına, Avropanın 50-dən çox ölkəsinin idmançıları qatılacaq. 20 dən çox ölkənin dövlət və hökumət başçıları burda iştirak edəcəklər. Dünyanın bütün güşələrində bu oyunlar telekanallar vasitəsi ilə canlı izlənəcək. Artıq indidən bir neçə yüz milyon tamaşaçının bu Olimpiyadanı izləyəcəyi aydındır. Bunu gözü götürməyən müəyyən dairələr, anti-Azərbaycan mərkəzləri var. Bu mərkəzlərin qarayaxma kampaniyasına, Azərbaycanda fəaliyyət göstərən diplomatların da qoşulması ancaq təəssüf hissi doğurur. Ümid edirəm ki, Yunanıstan hakimiyyəti öz təmsilçisinin diplomata yaraşmayan hərəkətini çox ciddi sürətdə araşdıracaqdır".

Milyana Həşimova

Bütün xəbərlər Facebook səhifəmizdə