Aydın Mirzəzadə: “ATƏT girovları qaytarmağa borcludur” AÇIQLAMA

Aydın Mirzəzadə: “ATƏT girovları qaytarmağa borcludur” AÇIQLAMA

"Hesab edirəm ki, ATƏT Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi Azərbaycana geri qaytarmağa borcludur. Çünki bu, ATƏT-in vəzifəsidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçin "girovların geri qaytarılması məsələsini qaldıracağam" fikrinə münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, ATƏT-in üzvü olan bir ölkə digər ölkənin ərazisini işğal edib: "Hesab edirəm ki, bu, tək Azərbaycana qarşı deyil, eləcə də dünya birliyinə qarşı aqressiyadır. Düşünürəm ki, işğalçı ölkənin bu hərəkəti ATƏT-ə qarşı saymazlıqdır. ATƏT bu məsələyə çox ciddi reaksiya verməlidir. Bu, iki ölkə arasında olan insident deyil. Sözügedən məsələ Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına saymazlıq, onu ayaq altına almaq və ciddi özbaşınalıqdır. Əgər ATƏT bu məsələyə sussa, əslində özünün əsas fəaliyyət prinsiplərinə və özünə hörmətsizlik etmiş olar. Dünya ATƏT-in sədri vasitəsilə bir daha yəqin etdi ki, Ermənistan bu gün özünün beynəlxalq aləmdəki fəaliyyətini orta əsrlər təfəkkürü ilə qurmaq fikrindədir. Bu baxımdan biz ATƏT-in və onun sədrinin öhdəliyini yerinə yetirəcəyinə ümid bəsləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə