Barak Obama “Azadlıq aktı”nı imzaladı

Barak Obama “Azadlıq aktı”nı imzaladı

ABŞ prezidenti Barak Obama hökumətə terrorçuluqda şübhəli bilinən şəxslərin telefon danışıqlarını dinləmək hüququ verən qanunvericilik aktını imzalayıb. SİA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb. Lakin "The USA Freedom Act" ("ABŞ-ın azadlığı aktı") adlı sənəddə həmin aktın müəyyən məhdidiyyətlərlə icra olunacağı bəlli olub.

Qeyd edək ki, ABŞ Senatı qanunvericilik aktının qəbul olunması üçün səsvermə keçirib. Sənədin lehinə 67, əleyhinə isə 32 senator səs verib. Sözügedən aktın qüvvəyə minməsi üçün ötən ay Palata tərəfindən də razılıq verillmişdi. "ABŞ-ın azadlığı aktı" daha öncə qəbul edilmiş "Partiotluq aktı"nı əvəz edəcək. Barak Obama hesab edir ki, yeni qanunvericili sənədi terrorçuluqla mübarizə istiqamətində uğurlu rol oynayacaq. Bununla bağlı ABŞ prezidenti "Çox sevindirici haldır ki, Senat sonuncu mərhələdə bu aktı qəbul etdi. O, həm vətəndaşların, həm də bizim milli təhlükəsizliyimizi qoruyacaq"- deyə, "tvitter"də fikir bildirib.

Xatırladaq ki, "Patriotluq aktı" 11 sentyabr 2001-ci ildə vaş verən terror hadsəsindən sonra qəbul olunmuşdu. Həmin vaxt xüsusi xidmət orqanlarına, kəşfiyyata şübhəli bilinən şəxslərin telefon danışıqlarını izləmək və elektron izləmədən istifadə etmək hüququ verilmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə