Avroparlamentin Litvadan olan deputatı Qabrielyus Landsberqis bəyan edib ki, Cənubi Osetiya və Gürcüstanda olduğu kimi, Krım haqqında da unudula bilər. SİA-nın məlumatına görə, bu barədə "zn.ua." saytı xəbər verir.
"Cənubi Osetiya və Gürtcüstanda baş verən silahlı qarşıdurma hadisələrinin üzərindən 7 il keçməsinə baxmayaraq, artıq unudulub" -deyə qeyd edən latviyalı avroparlamentarinin fikrincə artıq bu gün kimsə xatırlamır ki, o zaman Medvedyev-Sarkozi planına uyğun əldə olunmuş sülh razılaşmasına görə Cənubi Osetiya Gürcüstanın tərkibinə qaytarılmalıydı ya yox: "Bu gün Krımı da eyni aqibət gözləməkdədir və biz yenidən bənzər hadisənin Krımda təkrarlanmasını istəməzdik".
Landsberqis vurğulayıb ki, Ukrayna Rusiyanın Krımı ilhaq etdiyinə görə, həmn ölkədən təzminat almalıdır və buna tam hüququ da var: "Təzminat mütləq ödənmlədirir. Çünki Ukrayna yalnız öz ərazilərini itirməsinə görə deyil, eləcə də həmin ərazilərdə əldə edə biləcəyi gəlirləri itirdiyinə görə də təzminat almalıdır. Həmin itgilərin əvəzi mütləq qaydada ödənilməlidir. O cümlədən, ilhaqa görə günahkar olan şəxslər də hüquqi çərçivədə cavab verməlidirlər".
Xatırladaq ki, daha öncə bənzər bəyanatla ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett də çıxış etmişdi. O, öz bəyanatında bildirmişdi ki, rəsmi Vaşinqton Krımın ilhaqına görə tədbiq etdiyi sanksiyaları aradan qaldırmağı düşünmür.
"ABŞ hətta Donbasda sülhün bərqərar olacağı və Moskva ilə separatçıların Minsk razılaşmasına əməl edəcəkləri təqdirdə də sanksiyasını aradan qaldırmaq fkrində deyil" -deyə, amerikalı diplomat qeyd etmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB