Bu gün ATƏT-in fəaliyyətdə olan sədri statusunda Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana rəsmi səfərə başlayıb. SİA-nın məlumatına görə, səfər çərçivəsində İ.Daçiç Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Həm təkbətək, həm də geniştərkibli keçirilən görüşdə Elmar Məmmədyarov Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin uğurla inkişaf etdiyi bildirərək, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında sıx təmasların olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov güc tətbiq edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulauıb. O əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.
Görüşdə ATƏT-in gündəliyində duran aktual məsələlər ətrafında müzakirələr aparılıb.
Səfər iyunun 1-də başa çatacaq. İ.Daçiç sonra Gürcüstan və Ermənistana səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB