Müdafiə naziri Qırğızıstana yola düşüb

Müdafiə naziri Qırğızıstana yola düşüb

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin dəvəti ilə Qırğızıstana rəsmi səfərə gedib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Müdafiə Nazirliyində aparılacaq danışıqlar zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər iyunun 2-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə