Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. SİA-nın Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Saat 15:30-dan 16:30-dək davam edən mitinqdə həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 400-dək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB