"Səfirlik heç bir partiyanı maliyyələşdirmir" ABŞ səfirliyi açıqlama yaydı
ABŞ səfirliyi Azərbaycanda hər hansı partiyanı nə təlimatlandırır, nə də maliyyələşdirir. SİA bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin məlumastına istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu həftə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli ilə görüşüb. Bu görüşdən öncə səfir Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov da daxil olmaqla, partiyanın bir neçə yüksək səviyyəli nümayəndəsi, həmçinin Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədovla görüşlər keçirərək onların fikirlərini dinləyib.
Bildirilir ki, bu kimi görüşlər R.Sekutanın Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq arzusunun bir hissəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB