Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, toplantıda Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkili Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digərləri iştirak edib.
Toplantıda çıxış edən Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov deyib ki, toplantı qarşıdan gələn Parlament seçkiləri ilə bağlı təşkil olunub: "Parlament seçkilərinə çox az müddət qalıb. Bundan əvvəl sizinlə bir dəfə seçki tematikası ətrafında müşavirə keçirmişik. Güman edirəm və inanıram ki, bu müddət ərzində hakim partiyanın şəhər və rayon təşkilatları sədrləri tapşırıq və tövsiyyələrin yerinə yetirilməsi istiqamətində lazım olan işləri görüblər və yerinə yetiriblər. YAP və onun yerli strukturları - şəhər və rayon təşkilatlarının növbəti parlament seçkilərinə kifayət qədər ciddi şəkildə hazırlaşmaları üçün bugünkü müaşvirədə müəyyən tövsiyyə və tapşırıqlar olacaq. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, növbəti seçki kampaniyasına YAP böyük əhval-ruhiyyə ilə gedir".
Ə. Əhmədov deyib ki, Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda mühüm işlər görülüb və insanların həyatı dəyişib: "Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda Azərbaycanın yeni imicini formalaşdırıb. Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də, gözlərimizin önündə yeni müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Prezident İlham Əliyev bundan sonra da Azərbaycanın inkişafı naminə müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirəcək"
Daha sonra müşavirə mətbuatın iştirakı olmadan davam edib.
.jpg)
.jpg)
.jpg)







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB