"Cəmil Həsənlinin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev haqqında "ona cavab verməyi özümə sığışdırmıram" replikası qarşı tərəfin də reaksiyasına səbəb olub.
Bu barədə SİA-ya açıqlama verən BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, Cəmil Həsənli Qüdrət Həsənquliyevə cavab verməyə cəsarəti çatmır: "Cəmil həsənli Qüdrət Həsənquliyevə nə cavab versin? Bu adam hər dəfə müxtəlif bəhanələrlə Qüdrət bəyin dediklərinə cavab verməkdən yayınıb, qaçıb. Cəmil Həsənli sən bunu boynuna almasanda bu bir həqiqətdir. Cəsarətin çatırsa, Qüdrət bəyin dediklərinə münasibət bildir. Nə tez yadından çıxdı ki, müavin olduğun Əli Kərimli Milli Məclisi baykot etmişdi. Sən də mandat sevgindən Əli Kərimliyə heç bir əhəmiyyət vermədən gedib oturdun Milli Məclisdə. Buna görə də Əli Kərimli səni partiyadan qovdu. Yadına düşdü? Sən elə həmin Cəmil Həsənlisən, Əli Kərimli də, həmin Əli Kərimlidir. Bu gün səni yenidən Milli Məclisə buraxsalar, yenə də Əli Kərimlini ayaqlarının altına atarsan. Bunu Əli Kərimli də yaxşı bilir".
Niyaməddin Orduxanlı həmçinin bildirib ki, Cəmil Həsənli Əbülfəz Elçibəyin sağ olduğu dövrdə də riyakarlıqla məşğul olub: "Uzun müddətdir siyasi fəaliyyətlə məşğul olan biri kimi deyə bilərəm ki, AXCP-də ən riyakar, ən tamahkar və ən saxta adam Cəmil Həsənli idi. O zaman Cəmil Həsənli bir tərəfdən Elçibəyə xoş görünmək istəyir, o biri tərəfdən Elçibəyə qarşı total hücuma keçən Əli Kərimlinin yanından əl çəkmirdi".
"Milli Şura"nın bugünkü mitinqi ilə bağlı da fikirlərini bölüşən Orduxanlı bildirib ki, kimdir bu cür saxta adamların mitinqinə qatılan: "Qohum-əqrabalı və partiya üzvlərindən başqa heç kim onların mitinqinə qatılmayacaq. Əli Kərimli fürsətçilik edir. Ona mitinq lazım deyil. Özü də yaxşı bilir ki, xalq mitinqə gəlmir və onu dəstəkləmir. Sadəcə bəzi Qərb dairələrinin indiki münasibətindən istifadə edib, özünü onlara göstərir. Ancaq unudur ki, Qərb yaxşı bilir ki, "Milli Şura"nı keçən il Rusiya yaratmışdı və sədriniz də hal-hazlrda orada yaşayır. Rusiyanın layihəsinə Qərb heç vaxt dəstək verməz. Olsa –olsa Əli Kərimlidən bəzi məsələlər üçün istifadə edərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB