"Bakı şəhərinin sərnişin nəqliyyatında olan problemlərlə bağlı bizim qanunvericilikdə xüsusi avadanlığın quraşdırılması nəzərdə tutulub. Yəni həmin sürücülərin vaxtlı-vaxtında istirahət etməsi və s. məsələlər var". SİA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Fuad Muradov "Avtomobil nəqliyyatı haqqında" qanununa dəyişikliklər edilməsi barədə sənədin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, şəhərdaxili nəqliyyatda qəzaların əksəriyyətinin baş verməsinə səbəb qanuna riayət olunmamasıdır: " Xahiş edirəm ki, bu məsələdə qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlı addımlar atılsın. Bu, insanın həyat fəaliyyəti ilə bağlı olan məsələdir. Çox yaxşı olardı ki, biz gələcəkdə məsələnin üzərində duraq. Bakı şəhərində olan sərnişindaşıma ilə bağlı problemlər mövcuddur. Avtobuslar xüsusi dayanacaqlarda, yerlərdə olmalıdır. Amma reallıq onu göstərir ki, bir çox yerlərdə, xüsusən də mərkəzdə ciddi problemlər var. Biz I Avropa Oyunlarına hazırlaşırıq və çox böyük işlər görmüşük. Ancaq, ümumiyyətlə bu sahədə qanunverici təşəbbüskar olaraq məsələni gündəmdə saxlamalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB