“Voyage with us” adlı silsilə kampaniyaya start verilib

“Voyage with us” adlı silsilə kampaniyaya start verilib

Bu gün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT "Voyage with us" adlı silsilə kampaniyaya start verib. SİA-nın məlumatına görə, "Voyage With Us!" kampaniyasının ilk tədbiri Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə keçirilib.

Kampaniya çərçivəsində müxtəlif Avropa ölkələrinin mədəniyyətinə, tarixinə qısa ekskursiya təşkil edilib.

Tədbir zamanı müxtəlif incəsənət nümayəndələrinin çıxışları da olub. Eyni zamanda tədbir müddətində AGAT, Almaniya Federativ Respublikası və Avropa Oyunlarına məxsus materiallar və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu kampaniya ölkəmizdə ilk Avropa Oyunlarına dəstək və təşviq etmək məqsədilə həyata keçirilir. "Voyage With Us!" kampaniyası silsilə şəklində hər dəfə müxtlif ölkələrin iştirakı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə