"Yetkinlik yaşına çatmayan uşaqlara qarşı zorakılıq hallarına görə cəzalar sərtləşdirilməlidir". SİA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Rzayev çıxış edib.
T. Rzayev eyni zamanda, xaricdən övladlarının tərbiyə edilməsi üçün dayə gətirən valideynlərə qarşı cəza tətbiq edilməsini təklif edib. "Bu gün Azərbaycana Flippindən, İngiltərədən, Koreyadan və digər ölkələrdən dayələr gətirilir. Bu dayələr də həmin uşaqlara öz mədəniyyətlərini və dillərini təbliğ edirlər. Hətta, onlar baxdıqları uşaqlara Azərbaycan dilində danışmağı qadağan edirlər. Bu isə bizim milli-mənəvi dəyələrimizə ziddir və həmin uşaqlar böyüyəndə öz ana dillərində danışa bilmirlər. Odur ki, bu olduqca təhlükəli tendensiyadır və bunun qarşısı vaxtında alınmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB