Münaqişənin həllində Fransanın obyektiv mövqeyinə şübhələr var AÇIQLAMA
"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa Ukraynadakı separatçılara göstərdiyi münasibətin tam əksini qondarma Dağlıq Qarabağ rejiminin nümayəndələrinə göstərir". Bunu SİA-ya Milli Məclis sədrinin müavini Bahar Muradova Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin nümayəndələrinin Fransaya səfərini şərh edərkən deyib.
Vitse-spiker bildirib ki, Fransanın bu ikili yanaşması doğru deyil: "Böyük dövlətlər beynəlxalq hüququn prinsiplərinə uyğun münasibət sərgiləməlidirlər. Bu addım Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mövqeyinə ciddi təsir göstərir. Eyni zamanda həmsədr ölkə kimi Fransaya olan zəif inamı daha da azaldır. Həmçinin bu münasibət Fransanın münaqişənin həllində obyektiv mövqe tutacağına çox böyük şübhələr yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB