“Milli Şura”da təmsil olunanlar şəxsi ambisiyalarını irəli sürürdü” AÇIQLAMA
"Milli Şura"da təmsil olunan insanlar özlərinin şəxsi ambisiyalarını irəli sürürdü". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov "Milli Şura"nın aksiya keçirməkdə israrlı olmasına münasibət bildirərkən deyib.
YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, "Milli Şura" 2013-cü ildə yarananda bütün qüvvəsini ortaya qoydu: "Hətta onlara kənardan da çox böyük dəstək olunurdu. Bunlar öz qüvvələrini ortaya qoyub kənardan aldıqları dəstəklərin müqabilində isə heç bir şey edə bilmədilər. Nəyə görə? Çünki "Milli Şura" yarandığı gündən Azərbaycan xalqının nə milli, nə də dövlət maraqlarına söykənmirdi. "Milli Şura"da təmsil olunan insanlar özlərinin şəxsi ambisiyalarını irəli sürürdü. Bu quruma toplaşanlar heç bir konstruktiv məsələni ortaya qoya bilmədilər. Çünki onların sosial dayağı yox idi. Orada təmsil olunan insanların siması, fəaliyyəti Azərbaycan xalqına çoxdan bələd idi. Bu gün onların arxasınca və keçirdikləri mitinqlərə gedənlər yoxdur. Bunlar sadəcə olaraq kənardan onlar üçün verilən qrantlar, ianələr hesabına aksiya keçirmək istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB