Ramiz Alıyev: “Azərbaycana qarşı ikili standartlar hələ də davam edir” MÜNASİBƏT

Ramiz Alıyev: “Azərbaycana qarşı ikili standartlar hələ də davam edir” MÜNASİBƏT

"Beynəlxalq təşkilatlar tərəfindən tanınmayan, separatçı bir qrupa rəhbərlik edən şəxsin hər hansı bir ölkəyə səfəri özünü demokratik adlandıran dövlətin imicinə və nüfuzuna böyük bir zərbədir". Bu fikirləri SİA-ya politoloq Ramiz Alıyev Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyanın Fransa səfərinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, Fransada separatçı bir qrumun nümayəndəliyinin olması həmin ölkənin demokratik və beynəlxalq hüquq normalarına hörmətlə yanaşan bir ölkə olmasına şübhələr yaratmaya bilməz: "Eyni zamanda həmin separatçı rejimə maliyyə dəstəyinin göstərilməsi də mümkündür. Fərq etməz bu hansı yolla və yaxud da kimlərin vasitəsilə edilir. Əsas məsələ odur ki, seperatçılara dəstək verilir. Nəzərə alsaq ki, Fransa hər zaman Azərbaycaın ərazi bütövlüyünü tanıdığını və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarı kimi çıxış edir, o zaman bunların bir adı var. O da ikili standart, ikiüzlülülük. ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa separatçı qrupa dəstək olduğu üçün ATƏT-in Minsk qrupunda olan fəaliyyətini dayandırmalıdır. Bu kimi addımlar bir daha onu göstərir ki, dünyada Azərbaycana qarşı ikili standartlar hələ də davam etməkdədir. Sözdə beynəlxalq hüquq normalarından ağız dolusu danışan bəzi dövlətlər və Beynəlxalq Təşkilatlar əməl olaraq bu normaların tam əksini icra edirlər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə