Niyaməddin Orduxanlı: "Əli Kərimli üçün mənəvi dəyər qalmayıb" MÜNASİBƏT

Niyaməddin Orduxanlı: "Əli Kərimli üçün mənəvi dəyər qalmayıb" MÜNASİBƏT

"Xalqın faciəsindən öz siyasi məqsədləri üçün istifadə edən şəxs Əli Kərimli və onun kimi düşünənlərdir". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bəzi müxalif dairələrin xalqın faciəsindən öz siyasi maraqları üçün istifadə etmələrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Əli Kərimli üçün heç bir mənəvi dəyər qalmayıb: "Bu adam öz şəxsi maraqları üçün hər fürsətdən istifadə edib, öz çirkin siyasətini aparmaq niyyətindədir. Artıq bu, açıq şəkildə görünür. İstənilən faciədən özünə siyasi kapital toplamaqdadır. Sanki bu cür faciələrə sevinir. Düşünür ki, faicələr varsa, deməli bundan istifadə edib hakimiyyəti gözdən, nüfuzdan salacaq. Belə bir düşüncənin sahibi Əli Kərimli bir daha sübut etdi ki, o kiçilmiş hislərlə yaşayan adamdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə