Niderland kralı Villem-Aleksandr Azərbaycan prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. SİA-nın xəbərinə görə, Niderland kralının məktubunda deyilir: "Cənab prezident, mən Zati-alinizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir, sizə və dost Azərbaycan xalqına daha firavan gələcək naminə ən xoş arzularımı çatdrıram".
İsveç kralı XVI Karl Qustav da İ. Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. Onun məktubunda deyilir: "Hörmətli cənab prezident, Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Zati-alinizə ən xoş istəklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB