Araz Əlizadə: "Milli Şuradakılar pula görə vicdanını satan adamlardır"
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın mayın 31-nə təyin etdiyi mitinqin heç bir nəticə verməyəcəyini düşünür. A.Əlizadə SİA-ya açıqlamasında bildirib ki, Milli Şura üzvlərinin vaxtı çoxdan keçib: "Onlar canlı meyitdirlər. Onların dövrü o zaman getdi ki, mitinqlərə pulla adam gətirməyə başladılar. Onlar özləri də vaxtlarının keçdiklərini dərk edirlər, sadəcə, gündəmdə qalmaq, maliyyə mənbələrindən uzaq olmamaq üçün guya öz fəaliyyətlərini davam etdirirlər".
A.Əlizadə qeyd edib ki, ötən mitinqlər göstərdi ki, artıq insanlar arasında bunlara etimad qalmayıb: "Ötən mitinqlərdə olduğu kimi, bu mitinqə də insanlar gəlməyəcək. Özümüzü qoyaq xalqın yerinə - adamı nə qədər aldatmaq olar?".
O, qeyd edib ki, nə qədər ki, Əli Kərimli deputat mandatı alırdı, normal işləyirdi, amma deputat seçilməyən kimi küsdü: "Necə ki, bunların milli "şurikləri"nin lideri Cəmil Həsənli nə qədər ki, deputat seçilirdi, deyirdi, "hurrey", sonra da bəyan etdi ki, bu deputat mandatı ya satılır, ya da peşkəş edilir. Amma ona sual verəndə ki, kim sənə satıb, peşkəş edib, cavab vermədi. Bunlar pula görə vicdanını satan adamlardır".
A.Əlizadə qeyd edib ki, bu adamlar xaricdən idarə olunurlar: "Yoxsa necə dolanırlar? Firavan həyat sürürlər. Bunlar özlərini də saxlayırlar, cangüdən də saxlayırlar, sürücü də saxlayırlar. Bəs bunlar haradandır? Bu sualı onlara vermək lazımdır. Deyəcəklər ki, dostlarımız kömək edir. Bu dost bir gün kömək edə bilər, iki gün kömək edə bilər. 93-cü ildən hakimiyyətdən getmisiniz. Dostun işi-gücü qurtarıb sizi saxlayır? Onların dostları ABŞ-da, Avropada Azərbaycana qarşı işləyən fondlardır. Əli də, Cəmil ASDP sədri ökədə təntənəli tədbirlərin keçirildiyi bir məqamda aksiyaların keçirilməsini yolverilməz sayır: "Onlara bir dənə söz demək lazımdır - buyurun, keçirin. Amma sizin xozeyinləriniz sizi necə yatızdırıbsa, bu mitinqi də biz o cür yatızdıracayıq. Heç inciməyin".
"Bir çox müxalif partiyaların xaricdən maliyyələşdirilməsi "Siyasi partiyalar haqqında qanun"un tələblərini kobud şəkildə pozulması deməkdir"-deyən A.Əlizadə vurğulayıb ki, bununla da bu adamlar özlərini xarici dövlətlərin agenti hesab edirlər.
"Belə çıxır ki, Əli Kərimli ilə Cəmil Həsənli maliyyələşdikləri dövlətin agentidik" sualı A.Əlizadə belə cavablandırdı: "Onlarına başına kül olsun ki, Əli ilə Cəmil kimi agentləri var. Onların məqsədləri bəllidir - pul qazanmaq. Cəmil Həsənli nə qədər ki, deputat idi, cınqırı çıxmırdı, necə ki, onu deputat qayırmadılar, oldu müxalifətçi. Çünki ölkənin bu uğurlarını görməyənlər əqidəsizlər, xalqı istəməyənlərdir. İstər, mayın 31-də olsun, istərsə də hansısa gündə olsun "Milli Şura"dakı əqidəsizlərin mitinqləri heç bir nəticə verməyəcək".
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB