Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları öncəsi xarici qüvvələrin fəallaşması fonunda yerli təmsilçilərdə görülən işlərə kölgə salmaq üçün geniş fəaliyyətə başlayıblar. SİA məsələ ilə bağlı ekspertlərə müraciət edib.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- Azərbaycanın tarixində ilk dəfə belə böyük idman tədbirdiri keçilir. Bu Avropa tarixində ilk oyunlardır. Düşünürəm ki, bu cür tədbirlərdə iqtidar müxalifət məsələsi olmamalıdır. Kimliyindən aslı olmayaraq hər bir azərbaycanlı ölkəmizdə keçiriləcək Avropa Oyunlarına dəstək verməlidir. Çünki bu gün bu tədbir iqtidar tərəfi keçirmir. Bunu Azərbaycan dövləti keçirərək ev sahibliyi edir. Bu baxımdan, müxalifət düşərgəsini təmsil edən şəxslərin ölkəmizdə bu cür təntənəli tədbirlərin keçirilməsindən öz maraqları üçün istifadə etməsi heç bir azərbaycanlıya yaraşmayan bir hərəkətdir. Çünki müxalifət olsa belə yenə də onlar Azərbaycan vətəndaşıdırlar.
Müxalifət qüvvələrinin ölkədə aksiyalar keçirmək istəyi Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqançlıqla yanaşan xarici maraqlı qüvvələrin ölkə müxalifətinə növbəti tapşırıqı ola bilər. Amma insanda abır-həya yaxşı şeydi. Ən azından həmin şəxslər fikirləşməlidirlər ki, bu cür hərəkətlərə əl atmaq olmaz.
Tətbiqi Tədqiqatlar Fondunun prezidenti İbrahim Əliyev:
- Azərbaycanda keçiriləcək Avropa Oyunları öncəsi müxalifət təmsilçilərinin yersiz aksiyalar keçirmək istəyi arxadan vurulan zərbədir. Çünki bu aksiyanı keçirmək istəyən şəxslərin hər biri azərbaycanlıdır. Əslində isə müxalifət təmsilçilərinin aksiya keçirmək üçün heç bir ciddi əsasları yoxdur. Hər bir vətəndaş kimi müxalifət təmsilçiləri də səfərbər olaraq əllərindən gələni etməlidirlər ki, ölkəmizdə keçiriləcək Avropa Oyunları yüksək səviyyədə baş tutsun. Xarici qüvvələrin müxalifətə aksiyalar keçirməklə bağlı növbəti tapşırığı olsa da müxalifətin özü bunu etməməlidir. Təbii ki, müxalifətin aksiyalar keçirməyi onlara heç vaxt başucalığı gətirməz. Yaxşı olardı ki, müxalifət oturub yaxşı-yaxşı fikirləşsin və yersiz hərəkətlərdən çəkinsin. Əks halda bu onların məhv olmalarını sürətləndirə bilər.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB