Politoloq: “Aİ qarşıdurma tendensiyalarını gücləndirə bilər”

Politoloq: “Aİ qarşıdurma tendensiyalarını gücləndirə bilər”

"Qırğızıstanın da Avrasiya İttifaqına daxil olması, bu ittifaqın mühüm beynəlxalq quruma çevrilməsi demək deyil". Politoloq Qabil Hüseynli deyib.

Politoloq hesab edir ki, bəlkə də bu quruma BMT-də müşahidəçi statusu almaq olar: "Amma Avrasiya İttifaqının BMT-də beynəlxalq oyunçu kimi ciddi statusa malik olması çətindir. Çünki bu təşkilat inkişaf etməyib, strukturları hələ qurulmayıb. Təşkilata daxil olan dövlətlər arasında ziddiyyətlər sona qədər ləğv edilməyib. Məsələn, Belarus-Rusiya, Rusiya-Qazaxıstan arasında müəyyən problemlər qalmaqdadır. Qırğızıstan isə kasıb bir ölkədir. Bu quruma daxil olmaqla Rusiyadan 1 milyard rubl məbləğində kredit alacaq və bununla iqtisadiyyatını canlandırmağa çalışacaq. Bu baxımdan birliyə qoşulmaq Qırğızıstan üçün əhəmiyyətlidir".

"Avrasiya İttifaqının qurulmasını Çar Rusiyası dövrünün bərpası kimi xarakterizə etmək olar, amma bunu SSRİ-nin bərpası kimi xarakterizə olunmamalıdır. Çox zamanlar bu qurumun yaradılması SSRİ-nin bərpası kimi dəyərləndirir. Ancaq, hesab edirəm ki, bu doğru yanaşma deyil. Çünki, bu qurum sosialist dövlətlərin birliyi deyil. Çünki, tamamilə fərqli, Rusiyanın yaratmaq istədiyi birlik var. Bu qurum isə dünyada qarşılıqlı iqtisadi əlaqələri yox, qarşıdurma tendensiyalarını daha da gücləndirə bilər. Ona görə Rusiyanın bu cəhdləri Ukraynanın timsalında soyuq müharibə dövrünün qayda-qanunlarının bərpasına yönəlib"–deyə, Q. Hüseynli bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə