Aydın Mirzəzadə: “Müxalifət cəmiyyətin ab-havası ilə nəfəs almır” AÇIQLAMA

“Kimin hansı görüşdə iştirak edib-etməyəcəyi artıq onun öz seçimidir”
Aydın Mirzəzadə: “Müxalifət cəmiyyətin ab-havası ilə nəfəs almır” AÇIQLAMA

"İqtidar- müxalifət görüşlərinin keçirilməsi artıq Azərbaycanda siyasi nümunə, mədəniyyət praktikasıdır. İqtidar öz qapısının bütün siyasi qüvvələrə açıq olduğu və müzakirə üçün bütün məsələlərin mövcudluğunu bir daha bəyan edir. Müzakirə edilən istənilən məsələni diqqətə saxlamağı, bu məsələ ilə bağlı fikir mübadiləsi etməyə hazır olduğunu göstərir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə iqtidar- müxalifət dialoqunda müzakirə olunan məsələlər haqqında danışarkən deyib.

YAP rəsmisinin sözlərinə görə, dəyirmi masada iştirak edənlər müxtəlif mövqe bildirirlər. Bu, normal haldır. Kimin üçünsə bu və ya digər məsələ prioritet ola bilər. Azərbaycan iqtidarı hesab edir ki, bu gün I Avropa Oyunlarına hazırlıq məsələsi tək iqtidarın deyil, eyni zamanda bütün siyasi qüvvələrin şərəf məsələsidir. Ölkəmiz burada yüksək səviyyədə təmsil olunur və dünyanın diqqət mərkəzinə çevrilir. Bu Oyunların yüksək səviyyədə keçirilməsinə hər kəs öz töhfəsini verə bilər. Bu istiqamətdə böyük rezonans hər halda ortadadır. Bəzi siyasi qüvvələrin uydurulmuş məsələni gündəmə gətirməsi əslində onların mövzu qıtlığından irəli gəlir. Yəni onların bu gün cəmiyyətə təqdim edəcək hansısa bir yaradıcı konstruktiv proqramı yoxdur. Azərbaycanda olmayan bir məsələni ortaya gətirmək, özünün simpatiyasına görə bu və ya digər şəxsi qanundan kənar azadlığa buraxdırmaq, hər halda kimlərin hansı prioritetləri əsas götürdüyü aydın olur".

Müsavat və AXCP-nin iqtidar-müzlaifət görüşünə qatılmamasına gəlincə, deyə bilərəm ki, bu gün artıq onlar öz fəaliyyətləri ilə partiyadan daha çox dərnəyə bənzəyirlər: "Onlar hər hansı bir nüfuza, sosial bazaya malik deyillər. Əgər ara-sıra hansısa bir bəyanat verməsələr, cəmiyyət ümumiyyətlə onların mövcudluğundan da xəbərsiz olar. Çünki onlar cəmiyyətin ab-havası ilə nəfəs almırlar əksinə, cəmiyyəti düşündürən məsələlərdən həddən artıq uzaqdadılar. Bu gün cəmiyyət özü etibar etdiyi siyasi qüvvələrlə birlikdə problemlərini həll edir, ölkənin qüdrətini artırır və Azərbaycanın daha böyük imic qazanmasına nail olur. Kimin hansı görüşdə iştirak edib-etməyəcəyi artıq onun öz seçimidir".

Bütün xəbərlər Facebook səhifəmizdə