Ermənistan parlamentində "Şimal-Cənub" proqramı üzrə işlərin necə aparılması istiqamətində müzakirə aparılarkən, özündə ciddi problemləri ehtiva edən çoxsaylı məqamlar üzə çıxıb. SİA "Azadlıq" radiosunun İrəvan bürosuna istinadən xəbər verir ki, sözügedən layihə reallaşdırılmamış qalıb. Belə ki, 6 ildə Artaşatdan İrəvana və İrəvandan Aştaraka qədər olan 550 kilometrlik yolun yalnız 32 kilometrlik hissəsi beton örtüklə üzlənib və hələ də asfalt ötrüyü salınmayıb. Sözügedən proqramda qeyd olunub ki, yol eyni zamanda erməni-gürcü sərhədindən başlayaraq, İran sərhədlərinə qədər uzanır. Layihənin 2020-ci ilə qədər başa çatmalı olduğu bildirilsə də, Ermənistan hökumətinin bunun üçün 1,5 milyard dollar tapa bilmədiyi də qeyd olunur. Eyni zamanda, Ermənistanın nəqliyyat nazirinin müavini Artur Arakelyan da etiraf edib ki, onun ölkəsinin Gürcüstan və İranla apardığı danışıqlar da istənilən nəticəni verməyib.
Ermənistan parlamentinin müxalifətçi fraksiyası olan "Ermənistan milli konqresi"nin deputatı Levon Zurabyan da müzakirələr zamanı bildirib ki, parlamentin nəzarət palatası hələ 2013-cü ildəki məruzəsində bildirmişdi ki, "Şimal-Cənub" proqram layihəsinin icrası zamanı bir çox sui-itifadə, eləcə də digər yeyinti hallarına rast gəlinib.
"Məruzədə qeyd olunub ki, yol tikintisində istifadə olunan beton keyfiyyətsizdir və heç bir standartlara cavab vermir. Təməlin qalınlığı isə qoyulan 83 faizlik xərcdən 10 dəfə azdır. Bütün bunlara qiymət verilməlidir. Belə ki, söhbət oğurluq və yeyintidən gedir"- deyə, müxalifətçi deputat bildirib.
Qeyd edək ki, adıçəkilən proqramın reallaşdırılması üçün Ermənistan hökuməti 750 milyon dollar kredit götürüb, eyni zamanda 550 milyon əlavə kreditin götürülməsi istiqamətində də danışıqlar aparır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB