YAP GB-nin IV konfransı keçirilir FOTOLAR

YAP GB-nin IV konfransı keçirilir FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin IV konfransı keçirilir. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri və gənclər iştirak edir.

Tədbir Azərbaycan Dövlət Himninin oxunması ilə açıq elan edilib.

Konfransda YAP GB-nin fəaliyyətini əks etdirən filmin nümayişi olub.

Hazırda YAP GB-nin sədri Seymur Orucov qurumun 2011-2015-ci illər ərzində fəaliyyətini əks etdirən hesabatı təqdim edir.

Qeyd edək ki, konfransda YAP GB-yə sədr, şura üzvləri, sədr müavinləri seçiləcək.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə