Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır

Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır

Azərbaycan üzrə seçici siyahılarının dəqiqləşdiriliməsi prosesi başa çatmaqdadır. SİA-nın xəbərinə görə, bn barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında çıxış edərkən deyib.

M. Pənahov bildirib ki, bu ayın axırına qədər ölkə üzrə seçki siyahısının dəqiqləşdirilməsini yekun vurmalıdır: "Artıq dairə seçki komissiyalarının 90 faizinin dairələr üzrə dəqiqləşdirilmiş seçki siyahıları MSK-ya təqdim edilib. Əsas məsələ odur ki, seçkidə iştirak edən seçicilər problemlə üzləşməsin. Azərbaycanda vətəndaşın səsvermə hüququnun qarşısını kəsən heç bir maneə yoxdur, vətəndaşların səs verməsi üçün hər cür şərait yaradılır. Buna baxmayaraq, seçici siyahılarının dəqiqləşdirilməsi davam etməlidir".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə