Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bəzi normativ aktlara dair məsələ müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, iclasda Siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi barədə Təlimat qəbul edilib.
Təlimatın qəbulu seçki qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlıdır. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, siyasi partiyalar MSK-ya illik maliyyə hesabatlarını təqdim etməlidirlər və MSK bu hesabatlarının qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamalıdır: "Siyasi partiyaların maliyyə hesabatları MSK-nın nəzdində yaradılmış sektor araşdıracaq. Seçki dövründə bu məsələni Nəzarət-Təftiş Xidməti də araşdıracaq".
MSK-nın iclasında siyasi partiyaların maliyyə hesabatı ilə bağlı yaradılmış iki struktur MSK-nın Katibliyinin Əsasnaməsinə daxil edilməsi də təsdiqlənib. MSK Milli Məclisə seçkilərdə vətəndaşların öz təşəbbüskarlığı və təşəbbüs qrupları vasitəsi ilə deputatlığa namizədliyin irəli sürülməsi, parlament seçkilərində imza vərəqələrinin verilməsi ilə bağlı təlimatlarda da dəyişikliklər edib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB